...

Azərbaycan XİN rəhbəri ABŞ Avrasiya Atlantik Mərkəzinin rəhbərini qəbul edib

Siyasət Materials 14 İyun 2010 16:03 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (2000-2003), Atlantik Şura yanında Avrasiya Mərkəzinin hazırkı rəhbəri Ros Vilsonu qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Azərbaycan XİN rəhbəri ABŞ Avrasiya Atlantik Mərkəzinin rəhbərini qəbul edib

Azərbaycan, Bakı, 14 iyun /Trend, A.Qasımova/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (2000-2003), Atlantik Şura yanında Avrasiya Mərkəzinin hazırkı rəhbəri Ros Vilsonu qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Görüşdə Vilson başçılıq etdiyi mərkəzin fəaliyyəti haqda məlumat verərək qeyd edib ki, mərkəz iqtisadi, ticarət, siyasi və enerji məsələləri ilə məşğul olur.

Görüş zamanı nazir, öz növbəsində, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Məmmədyarov vurğulayıb ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq prinsip və hüquqlar əsasında həll oluna bilər.

Görüşdə tərəflər ABŞ və Azərbaycan arasında enerji, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti