...

Oşdakı hadisələr Mərkəzi Asiyada təhlükəsizlik üçün təhdiddir – Trend-in şərhçisi

Siyasət Materials 16 İyun 2010 13:20 (UTC +04:00)
Polad Həmidov, Trend-in şərhçisi
Oşdakı hadisələr Mərkəzi Asiyada təhlükəsizlik üçün təhdiddir – Trend-in şərhçisi

Polad Həmidov, Trend-in şərhçisi

Qırğızıstanın cənubundakı toqquşma qurbanlarının sayı 179 nəfərə çatıb. İğtişaşlarda        1 866 dinc sakin ziyan çəkib, onlardan 836 nəfəri xəstəxanalara yerləşdirilib.

Bəzi ehtimallara görə, bu məlumatlar qeyri-dəqiqdir və qarşıdurma qurbanlarının real sayı rəsmi rəqəmləri xeyli üstələyir. Münaqişənin əhatə etdiyi rayonları 100 minədək qaçqın və məcburi köçkün tərk edə bilər.

Bəzi konfliktoloqlar postsovet məkanında etnik münaqişələri təsnifləndirərkən, Mərkəzi Asiyadakı icma zorakılığı aktlarını (Oş, Fərqanə) ayrı-ayrı kateqoriyalara bölürlər. Burada etnik problemlərlə yanaşı, iqtisadi amil də az rol oynamır.

Fərqanə vadisindəki sosial-iqtisadi vəziyyət həm Özbəkistan, həm də Qırğızıstan üçün hələ sovet dövründən ciddi problemdir. Bu, tam bir sıra vəziyyətlərlə şərtlənir və onların sırasında əhalinin həddindən artıq  cəmləşməsi və əkin üçün torpaq və su qıtlığı, eləcə də əsasən, 17-dən 25-dək yaş dövründə iş qüvvəsinin çoxluğu da var.

Yeri gəlmişkən, məhz torpaq və su qıtlığı 1990-cı ildə iğtişaşların, yanğınların və özbəklərin öldürülməsinin başlandığı Oşda kütləvi qırğınların əsas leytmotivi oldu. O zaman vəziyyəti pisləşdirən Oş vilayətində fəaliyyət göstərən həm qırğız, həm də özbəklərin qeyri-formal təşkilatları idi.

Bu gün Qırğızıstanın Oş vilayətində baş verən hadisələr 20 il bundanəvvəlki münaqişəni xatırladır; lakin indi vəziyyət bir qədər də onunla ağırlaşıb ki, bütün bunlar son beş ildə iki inqilabın baş verdiyi, zəif iqtisadiyyata və qeyri-sabit hakimiyyətə malik ölkədə baş verir. Kurmanbek Bakiyev hakimiyyətinin devrildiyi son inqilabdan sonra, Roza Otunbayevanın başçılıq etdiyi Müvəqqəti Hökumət hələ özünün legitimliyinin təmin olunmasına macal tapmayıb.

Bütün bu şərait nəzərə alınmaqla, qaynar vəziyyətin vilayətin hüdudlarından kənara çıxacağının mümkünlüyü istisna edilmir. Məsələn, 1990-cı ilin iyununda Qırğızıstandakı etnik özbəklər arasında qurbanlar haqqında məlumat Özbəkistanın sərhədyanı vilayətlərini hərəkətə gətirdi. Özbək ictimaiyyətinin indi Oşdakı hadisələrə reaksiyasının necə olacağını söyləmək çətindir.

1990-cı ilin iyununda xalq həyəcanlarının bürüdüyü Qırğızıstanın Oş vilayətindəki məntəqələrə sovet ordusu hissələri yeridildi və o, hadisələri nəzarət altına almağa nail ola bildi. İndi bu rolda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (ODBK) çıxış edə bilər, lakin o, həmin potensiala və təcrübəyə malik deyil. 20 il əvvəl hamı bir "mərkəzə" tabe idi və ordu çoxsaylı milis sisteminin, eləcə də DTK-nın köməyi ilə çətinlik çəkmədən münaqişəni həll etdi. Lakin indi ODKB sülhməramlı kontingentinin yeridilməsi üçün təşkilata üzv ölkələrin bütün nümayəndələrinin razılığının olması zəruridir.

Bundan başqa, vəziyyət gündən-günə dərinləşir və münaqişənin həlli üçün ODKB-nin "gənc" sülhməramlı kontingentinin fəaliyyətinin effektivliyi az inandırıcıdır.

Hazırkı vəziyyəti ağırlaşdıran şəraitlərdən biri də Qırğızıstan hakimiyyətinin qeyri-legitim olmasıdır. Münaqişənin nizamlanmasında ODBK sülhməramlılarının cəlb edilməsi üçün qurumun bütün iştirakçılarının razılığı lazımdır. Unutmaq olmaz ki, ölkədəki çevrilişin qarşısını almaqdan ötrü ODBK sülhməramlı kontingentinin yeridilməsini xahiş etmiş Kurmanbek Bakiyev hazırda Belarusdadır və bu ölkənin qırğız Müvəqqəti Hökumətinə münasibəti aydın deyil. Məsələn, Belarus Baş Prokurorluğu Qırğızıstan Müvəqqəti Hökumətinin ölkədə gərginliyi qızışdırmaqda ittiham etdiyi eks-prezident Kurmanbek Bakiyevi təhvil vermək tələbindən imtina etmişdi. Belarus Baş Prokurorluğunun rəsmi nümayəndəsi bu qərarı şərh etməkdən boyun qaçırmışdı. Bunu nəzərə alaraq, Belarus tərəfdən Müvəqqəti Hökumətə kömək göstəriləcəyi nə dərəcədə məntiqidir?

1990-cı ilin yayında Oş vilayətindəki faciəli hadisələr və Fərqanə vadisində Məshəti türklərinə qarşı qırğın dalğası, əlbəttə, Mərkəzi Asiyanın hakin elitası üçün dərs oldu. Onlar tərəfindən belə toqquşmaların qarşısını almaq üçün lazımi təcrübə əldə olundu. Lakin bu gün vəziyyət regionda ekstremist və narkodilerlərin aktiv şəkildə fəaliyyət göstərməsi ilə daha da dərinləşir.

Eləcə də bu həyəcanların "mövsümi" xarakter daşıdığını da unutmaq olmaz. Daha doğrusu, "birinci Fərqanə müharibəsi" də, "birinci Oş hadisələri" də bu regionda keçirilən xaş-xaş sahələrinin məhv olunması əməliyyatları vaxtına təsadüf edir. Məhz mayın ikinci yarısı - iyunun əvvəlləri onun parlaq qırmızırəngli əkin sahələri helikopterdən daha asan aşkar olunduğu vaxta təsadüf edir və buna görə də onun məhvi üçün əməliyyatlar bu dövrdə həyata keçirilir. Oşdakı hazırkı hadisələrdən əvvəl xaş-xaş sahələrinin məhv edilməsi əməliyyatlarının aparılmadığına baxmayaraq, ölkədə gərginliyin artmasında narkotrafik və narkodollarların yuyulması ilə əlaqəliləri unutmaq olmaz.

Xəbər lenti

Xəbər lenti