...

Rusiya qoşunları Gürcüstandan çıxmalıdır – ABŞ konqresmeni

Siyasət Materials 16 İyun 2010 16:38 (UTC +04:00)
Sereteli Birləşmiş Ştatlara səfəri çərçivəsində ABŞ-ın senator və konqresmenləri ilə görüşlər keçirib.
Rusiya qoşunları Gürcüstandan çıxmalıdır – ABŞ konqresmeni

Gürcüstan, Tbilisi, 16 iyun /Trend, müxbir N.Kirsxaliya/

ABŞ konqresmeni Bil Şuster və Gürcüstan Parlamentinin sədr müavini Giorgi Sereteli Vaşinqtonda keçirilən görüşdə Gürcüstanda keçirilən yerli seçkiləri və ölkənin Rusiya ilə münasibəti məsələlərini müzakirə ediblər.

Sereteli Birləşmiş Ştatlara səfəri çərçivəsində ABŞ-ın senator və konqresmenləri ilə görüşlər keçirib.

Şuster qeyd edib ki, Rusiya qoşunlarının Gürcüstandan çıxarılması vacibdir. O, Gürcüstanda keçirilən yerli seçkilərə toxunaraq vurğulayıb ki, səsvermə prosesi demoratik keçirilib.

"Gürcüstan yaxşı seçkilər keçirməyə nail olub. Problemsiz seçkilər olmur, o cümlədən ABŞ-da da", - konqresmen bəyan edib.

Xəbər lenti

Xəbər lenti