Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/
Azərbaycanda respublika Ali Məhkəməsinin, Naxçıvan MR Ali Məhkəməsinin və apelyasiya məhkəmələrinin hakimləri təsdiqlənib.
Azərbaycan Milli Məclisində çərşənbə axşamı keçirilən növbədənkənar iclasında Konstitusiya Məhkəməsinin, ali və Bakı, Şirvan, Şəki, Sumqayıt, Gəncə apelyasiya məhkəmələrinin və Naxçıvan MR Ali Məhkəməsinin hakimlərinin təyinatına baxılıb.
Parlamentarilərə qanun layihəsi haqqında ətraflı məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov verib.
"Tam məsuliyyətlə deyə bilərəm ki, təqdim olunan bütün hakimlər yüksək intizamlıdırlar", - Hüseynov bildirib.
Müzakirələr zamanı deputat Aydın Mirzəzadə deyib ki, təqdim olunan hakimlərdən hər biri öz fəaliyyəti dövründə bu vəzifəni tutmağa layiq olduğunu sübut edib. "Mən Parlamentə hakimlərin əmək haqlarının artırılması məsələsini müzakirə etməyi təklif edirəm", - Mirzəzadə qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev yuxarıda qeyd olunan məhkəmələrə hakimliyə namizədlərlə bağlı təqdimat yollayıb.
Təqdimata görə, Şirvan Apelyasiya Məhkəməsinin hakimi İmran Hacıqayıbov; Bakı Apelyasiya Məhkəməsinin hakimləri - Səadət Bəktaşi, Mehparə Əhmədova; Səbail Rayon Məhkəməsinin sədri Gülzar Rzayeva; Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fərhad Kərimovun avqustun 28-dən; Naxçıvan MR Ali Məhkəməsinin hakimi Hafiz Nəsibovun sentyabrın 2-dən Ali Məhkəmənin hakimi təyin edilmələri qeyd olunub.
Naxçıvan MR Hərbi Məhkəməsinin hakimləri Vüqar Quliyev və Qabil Məmmədovun sentyabrın 2-dən Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin olunması Milli Məclisin müzakirəsinə verilib.
Prezidentin təqdimatı ilə Binəqədi Rayon Məhkəməsinin hakimi Natiq Abbasov; Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Əmir Bayramov; Nəsimi Rayon Məhkəməsinin hakimləri - Kəmaləddin Bədəlov, Sevda Hüseynova, Xuraman Məhərrəmova; Xətai Rayon Məhkəməsinin hakimləri - Toğrul Əliyev, Azad İmanov; Sabunçu Rayon Məhkəməsinin hakimi İlqar Hüseynov; Yasamal Rayon Məhkəməsinin hakimləri Raqib Qurbanov, Xəqani Məmmədov; Nizami Rayon Məhkəməsinin hakimləri - Vidadi Məmmədov, Cahangir Yusifov; Nərimanov Rayon Məhkəməsinin hakimi Elşanə Vəliyeva; Suraxanı Rayon Məhkəməsinin hakimi Nurəddin Mustafayev avqustun 28-dən Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilirlər.
Xaçmaz Rayon Məhkəməsinin hakimi Məhərrəm Allahverdiyev; Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin hakimi Zəki Babayev; Quba Rayon Məhkəməsinin hakimi Etibar Camalov; Yardımlı Rayon Məhkəməsinin hakimi Amil Dosiyev; Sabirabad Rayon Məhkəməsinin hakimi İsmayıl Əhmədov; Masallı Rayon Məhkəməsinin hakimi Tofiq Heydərov; Salyan Rayon Məhkəməsinin hakimi Nüsrət Mirzəyev və Cəlilabad Rayon Məhkəməsinin hakimi Ələsgər Novruzov avqustun 28-dən Şirvan Apelyasiya Məhkəməsinin hakimi təyin olunurlar.
Samux Rayon Məhkəməsinin hakimi Elşad Bayramov; Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədov; Qazax Rayon Məhkəməsinin hakimi Bədəl Əliyev; Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin hakimi Şamil Rzaquliyev və Tovuz Rayon Məhkəməsinin hakimi Loğman Süleymanov avqustun 28-dən Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin olunurlar.
Şirvan Apelyasiya Məhkəməsinin hakimi Əhməd Əhmədov; Sumqayıt Hərbi Məhkəməsinin sədri Vidadi Cəfərov avqustun 28-dən Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin olunurlar.
Lənkəran Rayon Məhkəməsinin sədri Mübariz Əkbərov; Yevlax Rayon Məhkəməsinin hakimi Vidadi Qasımov; Şəki Rayon Məhkəməsinin hakimləri - Elbrus Məmmədov, Hümbət Səlimov avqustun 28-dən Şəki Apelyasiya Məhkəməsinin hakimləri təyin olunurlar.
Ali Məhkəmənin, Bakı, Sumqayıt, Gəncə, Şəki apelyasiya məhkəmələrinin səlahiyyət müddəti bitmiş bir qrup hakimi səlahiyyət müddəti bitdikləri gündən öz vəzifələrinə təsdiq olunurlar.
Məhkəmə-Hüquq Şurasının bir neçə gün əvvəl keçirilən iclasında səlahiyyət müddətləri başa çatan yuxarı instansiya və digər məhkəmə hakimlərinin fəaliyyəti qiymətləndirilib, ali və apelyasiya instansiyası məhkəmələri hakimlərinin tərkibi və vakant ştatların komplektləşdirilməsi məsələlərinə baxılıb; bu məhkəmələrə yüksək hazırlıqlı hakimlərin təyinatı barədə təkliflər verilib.