...

Azərbaycan Prezidenti xalq rəssamı Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb

Siyasət Materials 22 İyun 2010 23:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev xalq rəssamı Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb, məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti xalq rəssamı Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev xalq rəssamı Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb, məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, 2010-cu ilin avqust ayında müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Toğrul Fərman oğlu Nərimanbəyovun anadan olmasının 80 ili tamam olur.

"Toğrul Nərimanbəyov mahir boyakar, monumentalçı və teatr rəssamı kimi öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan incəsənətinin zəngin ənənələrindən qidalanan və bənzərsiz üslubu ilə səciyyələnən sənətkarın yaradıcılığı qısa müddətdə böyük şöhrət qazanmışdır. Onun əsərləri müxtəlif muzey və kolleksiyalarda nümayiş etdirilərək gənc rəssamlar nəslinin formalaşmasına müsbət təsir göstərməkdədir" sərəncamda bildirilib.

Prezident görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 80 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıb: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Toğrul Nərimanbəyovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin;
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti

Xəbər lenti