...

Azərbaycan Prezidenti Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb

Siyasət Materials 23 İyun 2010 20:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident sərəncamda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək, sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə qərara alıb ki, Müdafiə Nazirliyinin xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan həqiqi hərbi xidmət qulluqçuları üçün Bakı şəhərində xidməti yaşayış evlərinin tikintisinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakı şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti