...

Qırğızıstan üçün parlamentli respublika daimi anarxiyaya yoldur – ekspert Sergey Mixeyev

Siyasət Materials 28 İyun 2010 14:13 (UTC +04:00)
Qırğızıstanın yeni konstitusiyasının qəbul edilməsi üzrə referendumun nəticələri şübhə doğurur və gec-tez bunu iddia edəcək qüvvələr tapılacaq.
Qırğızıstan üçün parlamentli respublika daimi anarxiyaya yoldur – ekspert Sergey Mixeyev

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir V.Javoronkova/

Qırğızıstanın yeni konstitusiyasının qəbul edilməsi üzrə referendumun nəticələri şübhə doğurur və gec-tez bunu iddia edəcək qüvvələr tapılacaq. Mərkəzi Asiya üzrə rusiyalı ekspert Sergey Mixeyev belə hesab edir.

"Mən referendumun nəticələrinə böyük şübhə ilə yanaşıram. Əks qüvvələr gec-tez onun nəticələri ilə bağlı mübahisə edəcəklər, bu hətta yaxın günlərdə də ola bilər, bunu demək çətindir", - Trend-ə Moskvadan telefonla Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Mixeyev bildirib.

Bazar günü Qırğızıstanda yeni konstitusiyanın qəbul edilməsi üzrə ümumxalq referendumu keçirilib. Rəsmi məlumatlara əsasən, seçicilərin təxminən 91 faizi bu sənədin layihəsini dəstəkləyib.

Apreldə Prezident Kurmanbek Bakiyev devrildikdən sonra hakimiyyətə gələn müvəqqəti hökumətin təklif etdiyi yeni konstitusiya layihəsi prezident idarəçiliyini xeyli zəiflədir və Qırğızıstanı parlamentli respublikaya çevirir.

Aprel hadisələrindən sonra hakimiyyət müvəqqəti hökumətin əlinə keçdi. Müvəqqəti hökumətə Roza Otunbayevanın başçılığı ilə ölkənin aparıcı müxalifət partiyalarının nümayəndələri daxil oldu. Sonradan Otunbayevaya keçid dövrünün prezidenti səlahiyyəti verildi.

Qırğızıstanda keçirilən referendumda vətəndaşlar üç suala "hə" və ya "yox" cavabı verməli idilər. Bu suallar Otunbayevaya 31 dekabr 2011-ci il tarixədək prezident səlahiyyətinin verilməsi, yeni konstitusiya layihəsinin qəbul edilməsi və ölkədə Konstitusiya Məhkəməsinin ləğv edilməsi ilə bağlı idi.

Mixeyevin fikrincə, referendumun nəticələri şübhə doğurur.

"Əhalinin 90 faizinin yeni konstitusiyanın qəbul edilməsinə səs verməsi elan edilib, belə qorxunc nağılları uşaqlar üçün gecələr danışmaq lazımdır", - ekspert hesab edir.

Onun fikrincə, 90 faizi ötən bütün nəticələr saxtalaşdırılma şübhəsi doğurur.

"Müvəqqəti hökumət nəticəni əldə etmək istəyirdi və onlar buna beynəlxalq norma və standartlara məhəl qoymayaraq nail oldular", - Mixeyev bu fikirdədir.

"Referendumun nəticələri mühahisə doğurmasa belə, Qırğızıstan üçün parlamentli respublika faktik olaraq daimi anarxiyaya yoldur və bu, ölkədə vəziyyətin sabitləşməsinə heç vəchlə kömək etməyəcək", - Mixeyev bildirib.

Xəbər lenti

Xəbər lenti