...

Azərbaycan və Belarus münasibətləri ciddi yüksəliş mərhələsindədir – səfir

Siyasət Materials 1 İyul 2010 19:20 (UTC +04:00)
Azərbaycan-Belarus münasibətləri ciddi yüksəliş mərhələsindədir.
Azərbaycan və Belarus münasibətləri ciddi yüksəliş mərhələsindədir – səfir

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir V.Javoronkova/

Azərbaycan-Belarus münasibətləri ciddi yüksəliş mərhələsindədir. Bu barədə jurnalistlərə Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç ölkəsinin Müstəqillik Gününə həsr olunan mərasimlə bağlı qəbulda bildirib.

"Bizim əməkdaşlığımız qardaş xalqların münasibətləri, qarşılıqlı anlaşma və hörmət əsasında qurulur. Əməkdaşlıq dövlətlərimizin strateji maraqlarına cavab verir", - Paskeviç qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bir dövlət kimi ildən-ilə daha da möhkəmlənir.

"Mənə elə gəlir ki, bizim əməkdaşlığımızın etibarlı və xoş gələcəyi var", - səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti