...

Azərbaycan Prezidenti Avropa Yayımları Birliyinin prezidentini qəbul edib

Siyasət Materials 2 İyul 2010 20:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo başda olmaqla Avropa Yayımları Birliyi idarə heyətinin rəhbərliyini qəbul edib.
Azərbaycan Prezidenti Avropa Yayımları Birliyinin prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo başda olmaqla Avropa Yayımları Birliyi idarə heyətinin rəhbərliyini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının iştirakçılarının Bakıya səfəri zamanı Azərbaycanda gedən inkişaf proseslərinin şahidi olduqlarını qeyd edib, Bakının gözəlliyinin və paytaxtda aparılan yenidənqurma işlərinin onlarda böyük təəssürat yaratdığını vurğulayıb, şəhərimizin müxtəlif zəngin mədəniyyət ocaqları ilə tanış olduqlarını bildirib.

Dövlətimizin başçısı Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətinə toxunaraq, bu tədbirin müxtəlif ölkələrdən gələn nümayəndələrin Azərbaycanda əldə olunan nailiyyətlərlə yaxından tanış olması üçün yaxşı imkan yaratdığını bildirib. Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrdə böyük uğurlara nail olunduğunu qeyd edərək mədəniyyət sahəsinin inkişafına da xüsusi diqqət yetirildiyini vurğulayıb.

Görüşdə Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının keçirilməsinin televiziya və radio sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Xəbər lenti

Xəbər lenti