...

Azərbaycanın müxalif Demokrat Partiyası "Azadlıq" blokundan əməkdaşlıqla bağlı cavab gözləyir

Siyasət Materials 3 İyul 2010 12:17 (UTC +04:00)
Azərbaycanın müxalif Demokrat Partiyası "Azadlıq" blokundan əməkdaşlıqla bağlı cavab gözləyir.
Azərbaycanın müxalif Demokrat Partiyası "Azadlıq" blokundan əməkdaşlıqla bağlı cavab gözləyir

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Demokrat Partiyası "Azadlıq" blokundan əməkdaşlıqla bağlı cavab gözləyir.

"Azadlıq" bloku ilə əməkdaşlıq etmək sahəsində danışıqlar başlayıb. Növbəti görüş "Azadlıq" bloku tərəfindən təşkil olunacaq. İndi onların cavabını gözləyirik", - bunu şənbə günü Trend-ə ADP sədri Sərdar Cəlaloğlu deyib.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

ADP blokla əməkdaşlığa dair müzakirələri davam etdirir.

ADP sədri "Azadlıq" bloku ilə yalnız seçki məsələlərində əməkdaşlıq edəcəyini deyib.

"Məqsədimiz yalnız seçki bloku yaratmaqdır. "Azadlıq" bloku siyasi bir blok kimi istənilən siyasi fəaliyyətlə məşğul ola bilər", - Cəlaloğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti