...

Joao Suareş Gürcüstanda keçirilən islahatları müsbət qiymətləndirib

Siyasət Materials 7 İyul 2010 20:04 (UTC +04:00)
Osloda ATƏT-in Parlament Assambleyasının sessiyası öz işinə başlayıb. ATƏT PA-nın prezidenti Joao Suareş iclası açıq elan edib.
Joao Suareş Gürcüstanda keçirilən islahatları müsbət qiymətləndirib

Gürcüstan, Tbilisi, 7 iyul /Trend, müxbir N.Kirsxaliya/

Osloda ATƏT-in Parlament Assambleyasının sessiyası öz işinə başlayıb. ATƏT PA-nın prezidenti Joao Suareş iclası açıq elan edib.

Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına görə, öz təbrik nitqində o, Gürcüstanda keçirilən islahatları müsbət qiymətləndirib və qeyd edib ki, qaçqınlar adi məişət və yaşayış şəraiti ilə təmin olunublar.

İclasın gedişində Gürcüstanda keçirilən yerli seçkilər də müzakirə olunub. ATƏT seçki prosedurlarına müsbət qiymət verib. Bu mövzuya gürcü parlamentarilər də öz çıxışlarında toxunublar.

Gürcüstan parlamentinin vitse-spikeri Georgi Seretelinin sözlərinə görə, beynəlxalq müşahidəçilər artıq Gürcüstandakı yerli seçkiləri demokratiyaya doğru addım adlandırıblar.

"Xüsusilə də vacib odur ki, ölkənin böyük bir hissəsi işğal altında olduğu bir vaxtda Gürcüstanda demokratik inkişaf dayanmasın", - Sereteli deyib.

Onun sözlərinə görə, bu irəliləyiş beynəlxalq ictimaiyyətin gözündən yayınmayıb.

Xəbər lenti

Xəbər lenti