...

ABŞ-la münasibətlər Türkmənistanın xarici siyasətinin strateji vektorudur – Qurbanqulu Berdıməhəmmədov

Siyasət Materials 7 İyul 2010 15:32 (UTC +04:00)
Türkmənistanın ABŞ-la əməkdaşlığı "ölkənin xarici siyasətinin strateji vektoru olub və qalmaqdadır", - Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov belə deyib.
ABŞ-la münasibətlər Türkmənistanın xarici siyasətinin strateji vektorudur – Qurbanqulu Berdıməhəmmədov

Türkmənistan, Aşqabad, 7 iyul /Trend, müxbir H.Həsənov/

Türkmənistanın ABŞ-la əməkdaşlığı "ölkənin xarici siyasətinin strateji vektoru olub və qalmaqdadır", - Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov belə deyib.

Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, prezident bu barədə ABŞ-ıın Türkmənistandakı müvəqqəti işlər vəkili Silvio Rid Kurranı qəbul edən zaman deyib.

Türkmən rəhbərinin sözlərinə görə, ölkələr arasında "ildən-ilə möhkəmlənən etibarlılıq" dövlətlərarası dialoqu qarşılıqlı maraqlara cavab verən yeni səviyyəyə çıxarıb.

İki ölkə yanacaq-enerji sektoru, səhiyyə, təhsil, kənd təsərrüfatı və s. sahələrdə birgə layihələri həyata keçirir.

Kurran qeyd edib ki, "Amerikanın böyük şirkətlərinin perspektivli türkmən bazarında iştiraklarının genişləndirilməsinə olan marağa zəmin, ölkədə yaradılan investisiya mühiti və xarici biznes üçün əlverişli şəraitdən asılıdır".

Tərəflər Türkmənistan - Amerika əməkdaşlığının hazırkı vəziyyəti və gələcək inkişafı perspektivləri barədə fikir mübadiləsi ediblər.

Xəbər lenti

Xəbər lenti