...

ABŞ Tbilisidə nüvə təhlükəsizliyi üzrə seminar keçirir

Siyasət Materials 7 İyul 2010 18:40 (UTC +04:00)
Gürcüstanın Ətraf mühit və təbii ehtiyatların mühafizəsi Nazirliyinin və ABŞ-ın nüvə nizamlanması Komissiyasının "İonlaşdırılmış şüalanma mənbələri üzərində nizamlama nəzarətinin yaxşılaşdırılması" layihəsi çərçivəsində "Ambassador" mehmanxanasında regional işçi görüş öz işinə başlayıb.
ABŞ Tbilisidə nüvə təhlükəsizliyi üzrə seminar keçirir

Gürcüstan, Tbilisi, 7 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Ətraf mühit və təbii ehtiyatların mühafizəsi Nazirliyinin və ABŞ-ın nüvə nizamlanması Komissiyasının "İonlaşdırılmış şüalanma mənbələri üzərində nizamlama nəzarətinin yaxşılaşdırılması" layihəsi çərçivəsində "Ambassador" mehmanxanasında regional işçi görüş öz işinə başlayıb.

Nüvə və radiasiya təhlükəsizliyi xidmətinin rəhbəri Zaal Lomtadze jurnalistlərlə söhbətində bildirib ki, proqram radiasiya mənbələrinin təhlükəsizliyi ilə bağlıdır.

"Ümumdünya qlobal təhlükəsizlik konkret ölkələr tərəfindən müəyyən tədbirlərin həyata keçirilməsindən asılıdır. ABŞ-ın nüvə nizamlanması Komissiyasının proqramı nizamlama strukturlarının gücləndirilməsini, onların müvafiq işıqlandırılmasını, problemlərin həllinə köməyi nəzərdə tutur. Bu proqram ona görə vacibdir ki, onun köməyi ilə biz Gürcüstanın problemlərini həll edirik. Həm maliyyə, həm də ekspert planında bizə amerikalı tərəfdaşlarımız kömək edir", - o bildirib.

Görüşdə Azərbaycan, Belarus, Latviya, Moldova, Ermənistan, Tacikistan, Özbəkistan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Gürcüstandan nüvə və radiasiya fəaliyyətinin tənzimlənməsi orqanlarının nümayəndələri iştirak edirlər.

ABŞ-ın nüvə nizamlanması Komissiyası ilə Gürcüstanın Ətraf mühitin mühafizəsi Nazirliyi arasında əməkdaşlıq 2003-cü ildən başlayıb.

Konfrans iyulun 9-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti