...

Aİ-nin vitse-prezidenti gürcü-osetin münaqişəsi zonasına baş çəkib

Siyasət Materials 16 İyul 2010 12:23 (UTC +04:00)
Avropa İttifaqının vitse-prezidenti Ketrin Eşton bu gün gürcü-osetin münaqişəsi zonasında yerləşən Odzisi kəndinə yola düşüb. Gürcüstan XİN-dən Trend-ə verilən məlumata görə, orada o, Cənubi Osetiyanı Gürcüstanın digər ərazilərindən ayıran xətdə müşahidə aparan Aİ müşahidəçilərinin işi ilə tanış olacaq.
Aİ-nin vitse-prezidenti gürcü-osetin münaqişəsi zonasına baş çəkib

Gürcüstan, Tbilisi, 16 iyul /Trend, müxbir N.Kirsxaliya/

Avropa İttifaqının vitse-prezidenti Ketrin Eşton bu gün gürcü-osetin münaqişəsi zonasında yerləşən Odzisi kəndinə yola düşüb. Gürcüstan XİN-dən Trend-ə verilən məlumata görə, orada o, Cənubi Osetiyanı Gürcüstanın digər ərazilərindən ayıran xətdə müşahidə aparan Aİ müşahidəçilərinin işi ilə tanış olacaq.

O, Aİ müşahidəçiləri və missiyanın rəhbəri Hans-Yorq Haberlə görüşəcək.

Bundan sonra Eşton Serovani kəndinə gələcək və orada Cənubi Osetiya ərazisindən qovulan gürcü qaçqınlarla görüşəcək.

Dünən Tbilisidə keçirilən görüşlərdə Aİ-nin vitse-prezidentinin bəyan etdiyinə görə, Avropa İttifaqı öz müşahidəçilərinin işğal olunmuş ərazilərə buraxılmasını tələb edir. Hələlik Rusiya və separatçı respublikaların liderləri Aİ missiyasını onların nəzarəti altında olan ərazilərə buraxmırlar.

Dünən Tbilisidə olan Fransa XİN rəhbəri Bernar Kuşner müşahidəçilərin heç bir şərt olmadan işğal edilmiş ərazilərə buraxılmasını və Rusiya qoşunlarının bu ərazilərdən çıxarılmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti