Gürcüstan, Tbilisi, 16 iyun /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Gürcüstanda rəsmi səfərdə olan Aİ-nin beynəlxalq əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı, Avropa İttifaqının vitse-prezidenti baronessa Ketrin Eştonla görüşüb.
XİN-dən Trend-ə verilən məlumata görə, tərəflər Aİ ilə Gürcüstan arasında münasibətlərə dair aktual məsələləri və onların inkişaf perspektivlərini müzakirə ediblər.
Məlumata əsasən, görüş zamanı Avropa İttifaqının Gürcüstanın sabitliyi və təhlükəsizliyinin təminatında rolu xüsusi vurğulanıb.