...

Dağlıq Qarabağ münaqişəsi Davudoğlu-Məmmədyarov görüşünün başlıca mövzusu olacaq

Siyasət Materials 16 İyul 2010 14:55 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesi ətrafındakı vəziyyət Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü zamanı əsas müzakirə mövzusu olacaq. Bu barədə Trend-ə Türkiyə XİN-in Avrasiya Ölkələri Departamentinin rəhbəri Mehmet Fatih Ceylan deyib.
Dağlıq Qarabağ münaqişəsi Davudoğlu-Məmmədyarov görüşünün başlıca mövzusu olacaq

RED: danışıqların mövzusu ilə bağlı məlumat yenilənib

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Ü.Sadıxova/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesi ətrafındakı vəziyyət AzərbaycanTürkiyə XİN rəhbərlərinin görüşü zamanı əsas müzakirə mövzusu olacaq. Bu barədə Trend-ə Türkiyə XİN-in Avrasiya Ölkələri Departamentinin rəhbəri Mehmet Fatih Ceylan deyib.

Görüş ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində Almatıda keçiriləcək.

ATƏT-in mətbuat xidmətindən Trend-ə öncədən bildiriblər ki, sammit çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ-dan olan həmkarları ilə birgə görüşün keçirilməsi planlaşdırılıb. Görüşün iyulun 17-də baş tutacağı təxmin edilir. Görüşün yekunları üzrə tərəflərin birgə bəyanatla çıxış edəcəkləri gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Türkiyə KİV Davudoğlunun erməni həmkarı Edvard Nalbandyanla gözlənilən ikitərəfli görüşü barədə də məlumat yayıb. Lakin Ermənistan XİN-in mətbuat xidməti bu informasiyanı təkzib edib. Ermənistan xarici siyasət idarəsindən verilən məlumata görə, belə görüş nəzərdə tutulmayıb və bu barədə müvafiq razılaşma da əldə edilməyib. Məlumatı "Armenia Today" yayıb.

Xəbər lenti

Xəbər lenti