...

ADA-nın Enerji Yay Məktəbi öz işini başa çatdırıb (FOTO)

Siyasət Materials 16 İyul 2010 16:44 (UTC +04:00)
Azərbaycan nəinki etibarlı enerji ixracatçısı, eləcə də energetika sahəsində müasir biliklər mərkəzi hesab olunur. Bunu Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev deyib.
ADA-nın Enerji Yay Məktəbi öz işini başa çatdırıb (FOTO)

Аzərbaycan, Bakı, 16 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan nəinki etibarlı enerji ixracatçısı, eləcə də energetika sahəsində müasir biliklər mərkəzi hesab olunur. Bunu Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev deyib.

Bu gün Bakıda Azərbaycan Diplomatik Akademiyasının 4-cü Bakı Enerji Yay Məktəbi öz işini başa çatdırıb. 20-dən çox xarici ölkə və Azərbaycandan da nümayəndələrin iştirak etdiyi məktəbin fəaliyyəti iki həftəyə yaxın davam edib. Məktəbin müdavimləri Xarici İşlər, Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri ilə görüşüblər, həmçinin ARDNŞ, Dövlət Neft Fondu, Exxon Mobil, BP, Total, Statoil kimi aparıcı neft şirkətlərinin nümayəndələri ilə görüşlər keçiriblər. Paşayev məktəbin fəaliyyətini yüksək qiymətləndirib.

"İlbəil xaricdə Azərbaycanı tanıyan tələbə və müəllimlərin sayı artır. 10-15 ildən sonra onlar öz sahələrində, dünyanın aparıcı neft-qaz şirkətləri və elmi mərkəzlərində liderə çevriləcəklər. Əminəm ki, yaşadıqları məkandan asılı olmayaraq, onlar burada qazandıqları biliklərdən istifadə edəcəklər", - Paşayev deyib.

Azərbaycan Diplomatik Akademiyasının Enerji Yay Məktəbi ARDNŞ və Exxon Mobil-ın dəstəyi ilə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti