...

Türkiyə münaqişənin həllindən sonra Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi təklifi ilə çıxış etməyib – XİN rəhbəri Davudoğlu

Siyasət Materials 16 İyul 2010 15:26 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə günü bəyan edib ki, Ankara münaqişə həll olunduqdan sonra Dağlıq Qarabağda sülhməramlı qoşunların yerləşdirilməsi təklifi ilə heç bir tərəfə müraciət etməyib.
Türkiyə münaqişənin həllindən sonra Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi təklifi ilə çıxış etməyib – XİN rəhbəri Davudoğlu

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə günü bəyan edib ki, Ankara münaqişə həll olunduqdan sonra Dağlıq Qarabağda sülhməramlı qoşunların yerləşdirilməsi təklifi ilə heç bir tərəfə müraciət etməyib. Məlumatı Anadolu informasiya agentliyi yayıb.

Onun sözlərinə görə, Türkiyənin sülh sazişi imzalandıqdan sonra Dağlıq Qarabağ regionuna sülhməramlı qoşunların göndərilməsi ilə bağlı təklifi haqqında yayılan məlumat düzgün deyil.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Davudoğlu regionda münaqişələrin həlli üçün Qafqazda sabitlik və təhlükəsizlik platformasının yaradılması planının həyata keçirilməsi barədə çıxış edib. Türkiyəli nazirin sözlərinə görə, Yerevanın Türkiyənin layihəsində iştirakdan imtina etməsi yalnız Ermənistanın özünə ziyan vurur.

"Ermənistan Türkiyənin uzatdığı yardım əlindən imtina etməklə, yalnız özünə ziyan vurur. Qafqazda sabitlik regionun bütün ölkələrinin marağındadır", - o bildirib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın "Qafqaz platforması" təşəbbüsü 2008-ci ildə Gürcüstanda baş verən avqust hadisələrindən sonra təklif olunmuşdu.

Xəbər lenti

Xəbər lenti