...

Azərbaycanın xarici işlər naziri BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibini qəbul edib

Siyasət Materials 20 İyul 2010 18:15 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi Supaçay Paniçpakdini qəbul edib.
Azərbaycanın xarici işlər naziri BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibini qəbul edib

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi Supaçay Paniçpakdini qəbul edib.

XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı ilə Azərbaycan Diplomatik Akademiyası tərəfindən Bakıda keçirilən Avropa və MDB üzrə növbəti XIX regional kurslarının açılışında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan baş katib Supaçay Paniçpakdi ölkəmizin dinamik inkişafının şahidi olduğunu və xüsusilə, qeyr-neft sektorunda böyük irəliləyişin nəzərə çarpdığını bildirib.

Məmmədyarov ölkəmizdə bu sahədə mühüm işlərin görüldüyünü qeyd edib.

Görüş əsnasında nazir qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verib və bu münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı mümkünlüyünü vurğulayıb.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti