...

Tbilisidə nüvə materiallarının qanunsuz daşınması ilə mübarizə məsələləri müzakirə olunur

Siyasət Materials 21 İyul 2010 18:05 (UTC +04:00)
Çərşənbə günü Tbilisidə "Betsi" mehmanxanasında ABŞ səfirliyinin təşkil etdiyi Gürcütanda nüvə materiallarının qanunsuz daşınması ilə mübarizəyə həsr edilən ikigünlük konfrans işə başlayıb.
Tbilisidə nüvə materiallarının qanunsuz daşınması ilə mübarizə məsələləri müzakirə olunur

Gürcüstan, Tbilisi, 21 iyul /Trend, müxbir N.Kirsxaliya/

Çərşənbə günü Tbilisidə "Betsi" mehmanxanasında ABŞ səfirliyinin təşkil etdiyi Gürcütanda nüvə materiallarının qanunsuz daşınması ilə mübarizəyə həsr edilən ikigünlük konfrans işə başlayıb.

Görüşdə ABŞ və Gürcüstanın nüvə qaçaqmalçılığının qarşısının alınması üzrə birgə fəaliyyət planı nəzərdən keçirilir. Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlar Nazirliyinin nümayəndələri qonaqlara nüvə qaçaqmalçılığı, sərhədlərin sahil xəttinin təhlükəsizliyi ilə bağlı aparılan təhqiqatlar haqqında hesabat təqdim ediblər.

Görüşdə donor təşkilatların nümayəndələri iştirak edirlər. Onlar nüvə və radiasiya təhlükəsizliyi ilə əlaqədar layihələrin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirirlər.

Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlar Nazirliyindən deyildiyinə görə, Gürcüstan nüvə terrorizmi ilə mübarizədə mühüm rol oynayır və regionda təhlükəsizlik rejiminin gücləndirilməsinin təminatçısıdır.

Xəbər lenti

Xəbər lenti