...

Türkmənistana xarici sərhədlərin təhlükəsizliyi üzrə biliklər öyrədilir

Siyasət Materials 23 İyul 2010 11:30 (UTC +04:00)
Türkmənistanın Dövlət Gömrük və Sərhəd xidmətlərinin əməkdaşları bu yaxınlarda ABŞ-ın Riçland şəhərində təhlükəli materialların idarə edilməsi və fövqəladə hallarda reaksiyanın verilməsi üzrə Təlim Mərkəzində (HAMMER) beşgünlük təcrübə keçiblər.
Türkmənistana xarici sərhədlərin təhlükəsizliyi üzrə biliklər öyrədilir

Türkmənistan, Aşqabad, 23 iyul /Trend, müxbir H.Həsənov/

Türkmənistanın Dövlət Gömrük və Sərhəd xidmətlərinin əməkdaşları bu yaxınlarda ABŞ-ın Riçland şəhərində təhlükəli materialların idarə edilməsi və fövqəladə hallarda reaksiyanın verilməsi üzrə Təlim Mərkəzində (HAMMER) beşgünlük təcrübə keçiblər.

ABŞ-ın Aşqabaddakı Səfirliyinin press-relizində qeyd edildiyi kimi, təlimi, ABŞ Dövlət Departamenti Sərhədlərin İxrac Nəzarəti və Təhlükəsizliyi Proqramı çərçivəsində maliyyələşdirib. Proqramın məqsədi kütləvi qırğın silahlarının yayılmaması, strateji malların ticarəti və sərhədlərin təhlükəsizliyinə nəzarətdir.

Kursun başlıca vəzifəsi sərhəd xidməti əməkdaşlarının kütləvi qırğın silahlarının qaçaqmalçılıq amili və nüvə, kimyəvi, bioloji maddələrlə və raket sistemlərinin təchizatı ilə bağlı onların tapılması, müəyyənləşdiriliməsi, qadağan edilməsi və təhqiqatı üzrə bacarıqlarının inkişaf etdirilməsidir.

Bundan başqa, kütləvi qırğın silahının endirilməsi, raket sistemləri, radioaktiv materialların növü, onların tətbiqi və daşınması, radioaktiv silah kimi amillər öyrənilib.

İştirakçılarla fərdi dozimetr, xüsusi baxış cihazları, radiasiya nəzarəti cihazını və radiasiyalı izotopların müəyyənləşdirilməsi üzrə avadanlıqdan istifadə edilməklə praktik məşğələlər keçirilib.

Xəbər lenti

Xəbər lenti