...

Azərbaycan həbsxanasında məhbusa narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb (FOTO)

Siyasət Materials 23 İyul 2010 12:42 (UTC +04:00)
Azərbaycan həbsxanasına məhbusa narkotik maddə olan heroin keçirmək istəyən şəxs saxlanılıb.
Azərbaycan həbsxanasında məhbusa narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan həbsxanasına məhbusa narkotik maddə olan heroin keçirmək istəyən şəxs saxlanılıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə bildiriblər ki, Penitensiar Xidmətin və tabelikdə olan həbsxananın əməliyyat aparatları tərəfindən əldə olunmuş məlumat əsasında həmin müəssisədə cəza çəkən, 1965-ci il təvəllüdlü Elxan Lətif oğlu Məmmədovun yanına sovqat gətirmiş qonşusu, 1982-ci il təvəllüdlü Füzuli rayon sakini vətəndaş Sərkərov Səfa Namiq oğlunun gətirdiyi ərzaq məhsullarına və əşyalarına baxış keçirilərkən, birdəfəlik qulaqtəmizləyici olan 4 ədəd pambıq çubuğuna maye şəklində hopdurularaq qurudulmuş, xalis çəkisi 0,153 qram narkotik maddə - heroin tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti