...

Azərbaycanda Mərakeş Krallığının müstəqilliyinin 11-ci ildönümü qeyd olunub (FOTO)

Siyasət Materials 31 İyul 2010 10:33 (UTC +04:00)
Cümə günü Bakıda Kral VI Məhəmmədin taxta çıxmasının 11-ci ildönümü ilə bağlı Mərakeş Krallığının Müstəqillik Günü qeyd olunub.
Azərbaycanda Mərakeş Krallığının müstəqilliyinin 11-ci ildönümü qeyd olunub (FOTO)

Аzərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Ü.Sadıxova/

Cümə günü Bakıda Kral VI Məhəmmədin taxta çıxmasının 11-ci ildönümü ilə bağlı Mərakeş Krallığının Müstəqillik Günü qeyd olunub.

Mərakeşin Azərbaycandakı səfiri Həsən Haminin sözlərinə görə, hər iki ölkə liderlərinin uzaqgörən siyasəti sayəsində Mərakeş və Azərbaycan arasında münasibətlər bütün sahələrdə inkişaf edir. Yaxın günlərdə Mərakeş rəsmilərinin iki ölkə arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə istiqamətlənmiş müxtəlif sazişlərin imzalanması məqsədilə Bakıya səfəri gözlənilir.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlərin qurulduğu andan etibarən daima inkişaf etdiyini vurğulayaraq Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini Mərakeşin səfirinə çatdırıb.

"Mərakeş ilk gündən Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində beynəlxalq səviyyədə dəstəkləyib", - o deyib.

Abbasovun sözlərinə görə, bu il həmçinin Azərbaycanda Mərakeş Mədəniyyəti Günlərinin keçirilməsi gözlənilir. Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri 2009-cu ildə keçirilib.

Xəbər lenti

Xəbər lenti