Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Gəncə şəhərindəki "N" saylı hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Qasımov Vəfadar kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti rəisinin müavini Teymur Abdullayev məlumat verib.
Qasımov həqiqi hərbi xidmətə Bakı şəhərinin Xəzər rayonunun hərbi komissarlığından çağırılıb.