...

Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib

Siyasət Materials 2 Avqust 2010 19:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı verib.
Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı verib. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!" - başsağlığı məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti