Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində müasir çoxprofilli klinika - Səhiyyə Nazirliyinin "Bakı Sağlamlıq Mərkəzi"nin yaradılması haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Bakı Sağlamlıq Mərkəzi"nin tikilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 5,0 (beş) milyon manat vəsait ayrılıb.
Sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək Maliyyə Nazirliyinə tapşırılıb.
Azərbaycan Prezidenti "Bakı Sağlamlıq Mərkəzi"nin yaradılması haqqında sərəncam imzalayıb