...

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov ABŞ Səfirliyinin nümayəndəsi ilə görüşüb

Siyasət Materials 9 Avqust 2010 14:47 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Səfirliyinin siyasi məsələlər üzrə yeni təyin olunmuş müşaviri Brigette Bucheti ilə görüşüb.
Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov ABŞ Səfirliyinin nümayəndəsi ilə görüşüb

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Səfirliyinin siyasi məsələlər üzrə yeni təyin olunmuş müşaviri Brijet Buşe (Brigette Buchet) ilə görüşüb. Trend-in YAP-ın internet-saytına istinadən verdiyi məlumata görə, görüş partiyanın mənzil-qərargahında baş tutub.
Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında mövcud əməkdaşlıq münasibətləri haqqında danışılıb, inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin, cari ilin noyabr ayında ölkədə keçiriləcək Parlament seçkiləri, ona hazırlıq prosesi haqqında da söhbət açılıb.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti