...

İraq gələcəkdə kömək üçün digər ölkələrə müraciət etmək niyyətində deyil – vitse-prezident (MÜSAHİBƏ)

Siyasət Materials 10 Avqust 2010 09:00 (UTC +04:00)
Qonşu dövlətlərin heç kimin öz maraqlarını və iştirakını gizlətmədiyi İraqın siyasi arenasında rolu regional və beynəlxalq amillərlə şərtlənir. İraqlılar xarici müdaxilədən asılı olmayan, sabitliyin və yaxın vaxtlarda hökumətin yaranmasına yönəlmiş milli siyasi layihə işləyib-hazırlamalıdırlar.
İraq gələcəkdə kömək üçün digər ölkələrə müraciət etmək niyyətində deyil – vitse-prezident (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Ü.Sadıqova /

Trend-in Yaxın Şərq redaksiyasının İraqın vitse-prezidenti Tariq əl-Haşimi ilə eksklüziv müsahibəsi

- Qonşu dövlətlərin İraqın yeni hökumətinin yaranmasının ləngiməsində rolu nə dərəcədə nüfuzlu olaraq qalır?

- Qonşu dövlətlərin heç kimin öz maraqlarını və iştirakını gizlətmədiyi İraqın siyasi arenasında rolu regional və beynəlxalq amillərlə şərtlənir. İraqlılar xarici müdaxilədən asılı olmayan, sabitliyin və yaxın vaxtlarda hökumətin yaranmasına yönəlmiş milli siyasi layihə işləyib-hazırlamalıdırlar.

- Ölkədə təhlükəzisliyin təmin olunması üçün İraqda siyasi partiyaların birləşməsi mümkündürmü?

- Bunun üçün möhkəm siyasi platforma yaratmaq lazımdır. Bu platforma milli dəyərlərə, insan haqlarına, qarşılıqlı anlaşmaya, ədalətə və mülki sakitliyə əməl olunması prinsipi üzrə siyasi qüvvələr tərəfindən yaradılmalıdır. Belə platforma İraqda vətəndaş cəmiyyətinin qurulması problemlərinə qarşı dura bilən və sonrakı nəsillərin parlaq gələcəyini təmin edə bilən milli koalisiyanın formalaşması yolu ilə yaradıla bilər.

- İraq partiyaları sabitlik və təhlükəsizliyin təmin olunması üçün xarici qüvvələrə, eləcə də amerikalılara ölkədə qalmağı təklif edə bilərlərmi?

- İraqda konstitusiya və institutlar fəaliyyət göstərir, ona görə də partiyaların müstəqil qərar qəbul etmək hüquqları yoxdur. Bu yalnız İraq xalqının iradəsi ilə Parlamentdə və ya hökumətdə səsvermə yolu ilə mümkündür. İraqlıların təhlükəsizlik və sabitlyin saxlanması üçün xarici qüvvələrə ehtiyacı olduğu vaxtlar artıq keçdi. İraqlılar gələcəkdə kömək üçün xarici qüvvələrə müraciət etmək niyyətində deyillər. Təhlükəsizlik və müdafiəni təmin edə biləcək silahlı qüvvələrin yaradılmasında öz gücünə arxalanmaq vacibdir.

- Azərbaycan-İraq münasibətlərinin hansı inkişaf perspektivləri var və siz tərəflər arasında dialoqu necə qiymətləndirirsiniz?

- İraq dost Azərbaycanla münasibətlərin inkişafına tərəfdardır; axı bizi birləşdirən cəhətlər çoxdur - bunlar mədəni müxtəliflik, zəngin karbohidrogen ehtiyatları və kənd təsərrüfatı üçün əlverişli şərait, eləcə də əlverişli geosiyasi yerləşmə və demokratik inkişafdır. Münasibətlərin inkişafı siyasi qarşılıqı anlaşma, iqtisadi əməkdaşlıq və Azərbaycan ilə İraq xalqları arasında dostluğun möhkəmləndirilməsi sayəsində mümkündür. Təbii ki, biz daha möhkəm və güclü münasibətlərə ümid edirik.

- Siz Bakı ilə Bağdad arasında enerji əməkdaşlığının perspektivlərini necə qiymətləndirirsiniz?

- İraq hamı üçün açıq olacaq iqtisadiyyat qurur. Azərbaycan öz zəngin təbii sərvətləri ilə unikaldır və beynəlxalq əməkdaşlıq yolu ilə ölkəyə investisiyaların cəlb edilməsi istəyində möhkəmdir. Biz iqtisadiyyatın inkişafında Azərbaycanın təcrübəsini öyrənməyə çalışırıq. İraq bütün sahələrdə region ölkələri ilə münasibətlərin inkişafına tərəfdardır.

- İraq "Nabucco" qaz kəmərinə qoşulmaq niyyətindədirmi?

- Regional enerji resurslarının nəqli layihələrində iştirak bizim dünya iqtisadiyyatına interqasiya və qarşılıqlı fəaliyyət planımızın əsasında durur. İraq digər ölkələrə qarşı yönəlmiş geosiyasi məhvərə daxil olmadan, "Nabucco" layihəsinə və digər layihələrə qoşulmaq niyyətindədir. Biz bu barədə dəfələrlə bəyan etmişik. İraq qazının xaricə nəqlinə mümkün qədər tez başlamaq lazımdır.

Xəbər lenti

Xəbər lenti