Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan həmyerlilərimiz Azərbaycanda tutulub.
Daxili İşlər Nazirliyinin internet-saytının cümə axşamı yaydığı məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Rusiya Federasiyası Cinayət Məcəlləsinin quldurluq (146.3-cü) maddəsi ilə axtarışda olan Oqtay Aslanov tutulub.
Baş Cinayət-Axtarış İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan İslam Rzayev Rusiya Federasiyası CM-nin rüşvət vermə (291.3-cü), Ramal Yusifov isə quldurluq (162.2-ci) maddələri ilə axtarışda olublar.