...

Azərbaycan paytaxtında avtomobil oğurluğu ilə məşğul olan dəstə yaxalanıb

Siyasət Materials 16 Avqust 2010 11:09 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Babək Əliyev, Nağı Allahverdiyev, Əlimövsüm Səfərov və Ruslan İbrahimov Nərimanov Rayon Polis İdarəsinin və 18-ci polis bölməsinin əməkdaşları tərəfində avqustun 14-də tutulublar.
Azərbaycan paytaxtında avtomobil oğurluğu ilə məşğul olan dəstə yaxalanıb

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında avtomobil oğurluğu ilə məşğul olan dəstə yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Babək Əliyev, Nağı Allahverdiyev, Əlimövsüm SəfərovRuslan İbrahimov Nərimanov Rayon Polis İdarəsinin və 18-ci polis bölməsinin əməkdaşları tərəfində avqustun 14-də tutulublar.

Onlar avqustun 12-də Q.Pirimov küçəsində Fazil Vəliyevə məxsus "VAZ-2106" markalı avtomobili evinin qarşısından qaçırıb, həmin küçədə Emin Mahmudova məxsus "VAZ-2107" markalı avtomobilin şüşəsini sındıraraq oğurluğa cəhd ediblər.

Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxslər ötən il oktyabrın 11-də Sumqayıt şosesində Mətləb Məmmədova məxsus "VAZ-2106" markalı, bu ilin aprel ayının 29-na keçən gecə Biləcəri qəsəbəsində Eldəniz İbrahimova məxsus "VAZ-2107" markalı, iyulun 16-na keçən gecə Yeni Yasamalda Bəxtiyar Əliyevə məxsus "VAZ-2107" markalı və avqustun 14-də Biləcəri qəsəbəsi yeni yaşayış sahəsində Elbrus Kazımova məxsus "VAZ-2106" markalı avtomobilləri qaçırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti