...

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Siyasət Materials 16 Avqust 2010 16:14 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün avqustun 16-da rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün avqustun 16-da rəsmi qarşılanma mərasimi olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülü qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi. Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Abdullah Gülə, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundular. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Xəbər lenti

Xəbər lenti