...

Gürcüstan hakimiyyəti idmançıları siyasi baxışlarına görə təqib edir – Burcanadzenin partiyası

Siyasət Materials 19 Avqust 2010 20:37 (UTC +04:00)
"Xalq yığıncağı nümayəndəliyi" hakimiyyəti idamançıları siyasi baxışlarına görə təqib etməkdə günahlandırır və bu məsələyə Beynəlxalq Güləş Federasiyasının prezidentini cəlb etməyi planlaşdırır.
Gürcüstan hakimiyyəti idmançıları siyasi baxışlarına görə təqib edir – Burcanadzenin partiyası

Gürcüstan, Tbilisi, 19 avqust/Trend, müxbir N.Kirsxaliya/

"Xalq yığıncağı nümayəndəliyi" hakimiyyəti idamançıları siyasi baxışlarına görə təqib etməkdə günahlandırır və bu məsələyə Beynəlxalq Güləş Federasiyasının prezidentini cəlb etməyi planlaşdırır. Güləşçi, dünya çempionu, "Demokratik hərəkat - Vahid Gürcüstan" (partiya lideri keçmiş spiker Nino Burcanadze) partiyasının üzvü Luka Kurtanidze və "xalq yığıncağı"nın nümayəndəsi Qoqi Kavtaradzenin cümə axşamı keçirilən mətbuat konfransında bildirdiklərinə görə, ölkə rəhbərliyi Kurtanidzenin Çernoqoriyada keçiriləcək ağır atletika üzrə dünya çempionatında iştirakına əngəl törədir.

Avqustun 26-30-da Kurtanidze Çernoqoriyaya yola düşməlidir. Kavtaradzenin qeyd etdiyinə görə, 2009-cu ildə keçirilən dünya çemponatında Kurtanidze gümüş medal qazanıb və idmanın bu növü üzrə dünya çempionatında iştirak edən ilk gürcü idmançısı olub.

Kavtaradze qeyd edib ki, İdman və Gənclər Nazirliyində, xüsusilə Milli Güləş Federasiyasında Kurtanidzeyə qarşı siyasi təqib davam edir. Çoxsaylı xahişlərə baxmayaraq, ona məşqçi ilə hətta pulsuz işləməyə belə imkan vermirlər.

Kurtanidzenin indiki dünya çemponatında iştirakına törədilən əngələ gəldikdə isə, avqustun 5-də "xalq yığıncağı"nın təşəbbüs qrupu İdman və Gənclər Nazirliyinə məşhur idmançıya qarşı ayrı-seçkiliyə yol verməmək tələbi ilə müraciət edib və əks halda, onları məsələyə beynəlxalq federasiyanı cəlb edəcəkləri barədə xəbərdarlıq edib.

"Xalq yığıncağı nümayəndəliyi" beynəlxalq federasiyaya xüsusi məktub göndərməyi planlaşdırıb. Onlar beynəlxalq idman ictimaiyyəti tərəfindən adekvat reaksiya veriləcəyinə əmindirlər.

Xəbər lenti

Xəbər lenti