...

Azərbaycanın müxalifət partiyaları bütün seçki dairələrində vahid namizədləri müəyyənləşdirə bilməyəcək - Müsavat Partiyası

Siyasət Materials 20 Avqust 2010 16:35 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı hesab edir ki, Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları arasında yaradılacaq seçki blokunda bütün dairələrdə razılıq əldə edilməyəcək.
Azərbaycanın müxalifət partiyaları bütün seçki dairələrində vahid namizədləri müəyyənləşdirə bilməyəcək - Müsavat Partiyası

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı hesab edir ki, Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları arasında yaradılacaq seçki blokunda bütün dairələrdə razılıq əldə edilməyəcək.

"Seçki blokunun qeydiyyata alınması üçün seçki blokunda 63-dən artıq namizədin qeydə alınması zəruridir. Bu olacağı halda, blok kimi fəaliyyət göstərməsi mümkündür. Biz artıq 70-dən çox dairəni razılaşdırmışıq və düşünürəm, bu dairələrin sayı hələ artacaq. Hansı dairələrdə razılıq əldə edilməyəcəksə, həmin dairələrdə hər partiya öz namizədini müdafiə edəcək. Bu halda AXCP və Müsavat dairələrdə rəqib kimi çıxış edəcək. Amma çalışacağıq ki, əsas rəqib kimi, müttəfiq partiyanın namizədini hədəfə almayaq. Qarşılıqlı surətdə bir-birinə qarşı kampaniya aparmamaq haqqında razılıq da əldə oluna bilər". Bu barədə cümə günü Trend-ə açıqlamasında Arif Hacılı bildirib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda hər iki partiyanın birgə seçk bloku yaratması ətrafında danışıqlar gedir.

Hacılının sözlərinə görə, belə dairələrdə əməkdaşlıq da mümkündür: "Sahələrdə seçkilərin birgə müşahidə edilməsi, seçki saxtakarlığına qarşı birgə mübarizə aparılması, seçkilərin nəticələrinə vahid qiymət verilməsi məsələlərində əməkdaşlıq mümkündür. Belə bir şərait əlavə nüanslar yaradır. Ancaq bu məsələləri həll etmək mümkün olacaq. Seçki dairələrinin üçdəikisində vahid namizədlərlə iştirak etmək mümkün olacaqsa, siyasi partiya rəhbərlərinin hər iki partiya tərəfindən müdafiəsi təmin olunacaqsa, ayrı-ayrı dairələrdə rəqabət şəraiti xüsusi problemlər yaratmayacaq", - Hacılı deyib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti