...

Azərbaycan MSK-sı dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslara başlayıb (FOTO)

Siyasət Materials 23 Avqust 2010 11:50 (UTC +04:00)
Bazar ertəsindən Azərbaycan Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb. Bu barədə MSK mətbuat xidmətindən bildiriblər.
Azərbaycan MSK-sı dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslara başlayıb (FOTO)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir M.Əliyev /

Bazar ertəsindən Azərbaycan Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb. Bu barədə MSK mətbuat xidmətindən bildiriblər.

"Kursların keçirilməsində məqsəd bundanəvvəlki illərdə keçirilən seçkilər zamanı baş vermiş mənfi halların öyrənilməsi və bu il keçiriləcək Parlament seçkilərində onların təkrarlanmasının qarşısının alınmasından ibarətdir", - MSK sədri M.Pənahov kursların açılış mərasimində bildirib.

Onun sözlərinə görə, MSK seçki qanunvericiliyi haqqında 30-dan artıq növdə çap məhsulları hazırlayıb.

Pənahov bildirib ki, seçkilər başlanandək seçki prosesinə hazırlıq, eləcə də maairfləndirmə ilə bağlı bütün işlər başa çatacaq.

Kursların açılış mərasimində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel və digər rəsmi şəxslər iştirak ediblər.

Avqustun 23-dən 29-dək keçiriləcək kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, daxili işlər nazirinin müavini Oruc Zalov, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyi və Apelyasiya Məhkəməsinin məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək.

Mərkəzi Seçki Komissiyası 2007 və 2009-cu illərdə də aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib.

Parlament seçkilərinin keçirilməsi noyabrın əvvəllərinə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti