...

Plüralist mətbuat demokratik seçkilərin keçirilməsində mühüm rol oynayır – ATƏT-in Bakı ofisinin rəhbəri

Siyasət Materials 24 Avqust 2010 11:42 (UTC +04:00)
Plüralist mətbuat demokratik seçkilərin keçirilməsində mühüm rol oynayır. Bunu ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel çərşənbə axşamı KİV-in seçkilərdə rolunun müzakirələri zamanı bildirib.
Plüralist mətbuat demokratik seçkilərin keçirilməsində mühüm rol oynayır – ATƏT-in Bakı ofisinin rəhbəri

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir M.Əliyev/

Plüralist mətbuat demokratik seçkilərin keçirilməsində mühüm rol oynayır. Bunu ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel çərşənbə axşamı KİV-in seçkilərdə rolunun müzakirələri zamanı bildirib.

ATƏT-in Bakı ofisinin rəhbəri Parlament seçkilərində bundan əvvəl keçirilən seçkilərlə müqayisədə, irəliyə doğru addım atılacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, burada məhz KİV böyük rol oynayır.

ATƏT-in Bakı ofisi Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı təkliflə çıxış edib. Həmin dəyişikliklərə görə, KİV-ə seçki prosesinin işıqlandırılması üçün bərabər imkanlar verilməlidir. Cankorel bildirib ki, Milli Teleradio Yayım Şurasına seçkilərin işıqlandırılması üçün lazımi şəraitin yaradılması barədə müraciət olunub.

Bundan başqa, onun fikrincə, özəl telekanallar da siyasi kampaniyalara daha çox vaxt ayırmalıdırlar.

Azərbaycanda Parlament seçkiləri noyabrın əvvəllərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti