...

Azərbaycanda müxalif "Qarabağ" blokunun qərargahı yaradılıb

Siyasət Materials 27 Avqust 2010 11:26 (UTC +04:00)
Azərbaycanın müxalif Ümid və Demokrat partiyalarının birgə yaratdıqları "Qarabağ" seçki blokunun seçki qərargahı artıq yaradılıb.
Azərbaycanda müxalif "Qarabağ" blokunun qərargahı yaradılıb

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Ümid və Demokrat partiyalarının birgə yaratdıqları "Qarabağ" seçki blokunun seçki qərargahı artıq yaradılıb. Bu barədə cümə günü Trend-ə ADP sədri Sərdar Cəlaloğlu bildirib.

"ADP sədrinin seçki məsələləri üzrə müavini Təliyət Əliyev "Qarabağ"ın seçki qərargahının sədri təyin olunub", - Cəlaloğlu əlavə edib.

Ümid və ADP sədrləri avqustun 25-də seçkilərdə birgə iştirak etmək üçün "Qarabağ" seçki blokunu yaratmaq barədə qərar qəbul edildiyini bildiriblər. Namizədlərin birgə dəstəklənməsi ilə bağlı 93 dairədə artıq razılığa gəlinib.

Cəlaloğlu qeyd edib ki, partiyaların bu gün keçiriləcək birgə iclasında blokun strukturu, blokun və namizədlərin fəaliyyəti üçün iş qrafiki müəyyən olunacaq.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti