Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir S.Ağayeva/
İtaliyanın xarici işlər naziri Franko Frattini sentyabrın 7-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend-ə cümə günü Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimov məlumat verib.
Frattininin səfəri onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovun dəvəti ilə baş tutacaq. Səfir bildirib ki, Bakıda ikitərəfli aktual məsələlərin, siyasi və iqtisadi sahələrdə regigonal əməkdaşlığın müzakirə olunacağı gözlənilir.