Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Hu Szintaoya başsağlığı verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", - başsağlığı məktubunda deyilir.
Azərbaycan Prezidenti Çin Xalq Respublikasının sədrinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Hu Szintaoya başsağlığı verib.
