...

Bakıda Azərbaycan-Qazaxıstan əməkdaşlığı mövzusunda "dəyirmi masa" keçiriləcək

Siyasət Materials 30 Avqust 2010 14:51 (UTC +04:00)

Аzərbaycan, Bakı, 30 avqust /Trend, müxbir V.Javoronkova/

Sentyabrda Bakıda Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əməkdaşlıq mövzusunda "dəyirmi masa" formatında iclas keçiriləcək. Bu barədə bazar ertəsi mətbuat konfransında Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov deyib.

Onun sözlərinə görə, "dəyirmi masa" Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Bulat Sultanovun 12-15 sentyabrda Azərbaycana səfəri çərçivəsində keçiriləcək.

"Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyevlə bir sıra görüşlər keçirəcək", - Primbetov deyib.

Səfir, həmçinin, qeyd edib ki, dekabrda Qazaxıstanda Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət olunduğu ATƏT-in sammiti keçiriləcək.

Qazaxıstan bu il mövcud təşkilata sədrlik edir.

Xəbər lenti

Xəbər lenti