...

Azərbaycanın şimal-qərbində dinitəmayüllü radikal cərəyanları təbliğ edən ədəbiyyat aşkarlanıb

Siyasət Materials 30 Avqust 2010 13:50 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın şimal-qərbində dinitəmayüllü radikal cərəyanları təbliğ edən ədəbiyyat aşkarlanıb

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın şimal-qərbində vətəndaşa məxsus mənzildən dinitəmayüllü radikal cərəyanları təbliğ edən ədəbiyyat aşkarlanıb.

Daxili İşlər Nazirliyi internet-saytının bazar ertəsi yaydığı məlumata görə, Balakən Rayon Polis Şöbəsi və Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsi əməkdaşlarının birgə  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Balakən rayonunun Qazma kəndində yaşayan Mübariz Abdullayevin evinə baxış zamanı oradan 61 ədəd belə dini kitab aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti