Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Ali Başçısı Tuanku Mizan Zeynal Abidin İbni Əl-Mərhum Sultan Mahmud Əl-Müktəfi Billah Şaha təbrik məktubu göndərib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Malayziya münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziya xalqına sülh və rifah diləyirəm" İlham Əliyevin təbrikində deyilib.
Azərbaycan Prezidenti Malayziyanın Ali Başçısını təbrik edib