...

Azərbaycanın müxalifyönlü partiyasının ATƏT-in Bakı Ofisi qarşısında qanunsuz piket keçirməsinə imkan verilməyib (FOTO)

Siyasət Materials 31 Avqust 2010 14:00 (UTC +04:00)
Azərbaycanın müxalifyönlü Müasir Müsavat Partiyasının ATƏT-in Bakı Ofisi qarşısında qanunsuz piketinə imkan verilməyib.
Azərbaycanın müxalifyönlü partiyasının ATƏT-in Bakı Ofisi qarşısında qanunsuz piket keçirməsinə imkan verilməyib (FOTO)

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalifyönlü Müasir Müsavat Partiyasının ATƏT-in Bakı Ofisi qarşısında qanunsuz piketinə imkan verilməyib.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, partiyanın 15-20 üzvü ATƏT-in Bakı Ofisinin rəhbərini istefaya səsləmək şüarı ilə binaya yaxınlaşmaq cəhdi polislər tərəfindən alınıb.

Piketə cəhd zamanı hər hansı insident baş verməyib. Sonda ATƏT-in Bakı Ofisinə partiyanın qətnaməsi təqdim olunub. Müasir Müsavat Partiyası ATƏT-in Bakı Ofisinin rəhbərliyini seçkiqabağı ölkədə hərc-mərclik yaratmasına, siyasi partiyalar arasında ayrı-seçkilik etməsinə və bəzi radikal müxalif qruplarla gizli görüşlər keçirməsinə etiraz edir.

Azərbaycanda Parlament seçkisinin noyabrın 7-də keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti