...

Gürcüstanın səhiyyə naziri vəzifəsini tərk edib

Siyasət Materials 31 Avqust 2010 20:52 (UTC +04:00)
Gürcüstanın səhiyyə, əmək və sosial müdafiə naziri Aleksandr Kvitaşvili vəzifəsini tərk edib. Bu barədə o, bu gün keçirilən xüsusi brifinqdə deyib.
Gürcüstanın səhiyyə naziri vəzifəsini tərk edib

Gürcüstan, Tbilisi, 31 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın səhiyyə, əmək və sosial müdafiə naziri Aleksandr Kvitaşvili vəzifəsini tərk edib. Bu barədə o, bu gün keçirilən xüsusi brifinqdə deyib.

Kvitaşvilinin sözlərinə görə, Tbilisi Dövlət Universitetinin rektorunun v. i. e. postunu tutmaq niyyətindədir.

"Bu gün TDU-nun Akademik Şurası mənim rektorun vəzifələrini müvəqqəti icra etməklə bağlı namizədliyimi müzakirə edəcək və mən buna görə vəzifəmi tərk edirəm ki, Şuranın qərar qəbul etməsinə mane olmayım. Əgər belə qərar qəbul edilsə, mənim üçün rektor vəzifəsini müvəqqəti icra etmək böyük şərəf olar, həm də babam uzun müddət ərzində TDU-da tarix fakültəsinin dekanı vəzifəsini tutub", - o deyib.

Kvitaşvili dəstəyə görə Prezidentə, Baş nazirə, öz əməkdaşlarına və tibb işçilərinə minnətdarlığını bildirib. "Mən məni əvəzləyəcək şəxsin adını açıqlaya bilmərəm və yalnız onu deyə bilərəm ki, nazirin vəzifələrini müvəqqəti olaraq mənim birinci müavinim İrakli Qiorqobiani icra edəcək", - o qeyd edib.

Kvitaşvili Gürcüstanın səhiyyə, əmək və sosial müdafiə naziri vəzifəsinə 31 yanvar 2008-ci il tarixdə təyin olunmuşu.

Xəbər lenti

Xəbər lenti