...

Azərbaycan alimi Gürcüstan Elmlər Akademiyasının akademiki seçilib

Siyasət Materials 6 Sentyabr 2010 17:06 (UTC +04:00)
Azərbaycanlı alim Xoşbəxt Yusifzadə Gürcüstan Elmlər Akademiyasının akademiki seçilib.
Azərbaycan alimi Gürcüstan Elmlər Akademiyasının akademiki seçilib

Gürcüstan, Tbilisi, 6 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanlı alim Xoşbəxt Yusifzadə Gürcüstan Elmlər Akademiyasının akademiki seçilib. Bazar ertəsi Tbilisidə Azərbaycan aliminə Gürcüstan Elmlər Akademiyasının akademiki adının verilməsi rəsmi mərasimi keçirilib.

Gürcüstan Elmlər Akademiyasının prezidenti Tamaz Qamkrelidze Yusizadənin apardığı elmi tədqiqatların xüsusi əhəmiyyətini qeyd edib. "Qonağımızın Xəzərin neft potensialının mənimsənilməsində ciddi rol oynamış neft yataqlarının mənimsənilməsi və neft hasilatı sahəsində əhəmiyyətli işləri var", - o deyib.

Gürcüstan EA-nın prezidenti qeyd edib ki, bu işlərin region üçün mühüm əhəmiyyəti var və buna görə də Azərbaycan aliminə Gürcüstan Elmlər Akademiyasının akademiki adının verilməsi barədə qərar qəbul edilib.

Öz növbəsində, Yusifzadə gürcü akademiklər tərəfindən işinin qiymətləndirilməsinə görə minnətdarlığını bildirib və onun üçün belə nüfuzlu elmi təşkilatın üzvü olmağın şərəf olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti