...

Avropa Şurası Azərbaycanda keçiriləcək Parlament seçkilərinə böyük əhəmiyyət verir - Veronika Kotek

Siyasət Materials 7 Sentyabr 2010 12:19 (UTC +04:00)
Avropa Şurası Azərbaycanda keçiriləcək Parlament seçkilərinə böyük əhəmiyyət verir
Avropa Şurası Azərbaycanda keçiriləcək Parlament seçkilərinə böyük əhəmiyyət verir - Veronika Kotek

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir T.Hacıyev/

Avropa Şurası Azərbaycanda keçiriləcək Parlament seçkilərinə böyük əhəmiyyət verir, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında Avropa Şurasının Azərbaycandakı nümayəndəsi Veronika Kotek bildirib.

"Avropa Şurası ümid edir ki, bu seçkilərdə hər kəs öz seçki hüququndan istifadə edərək öz qərarını, seçimini ifadə edəcək. Biz bu seçkiləri ölkənin gələcəyi baxımından çox əhəmiyyətli seçkilər adlandırırıq", - Kotek deyib.

Azərbaycanda Parlament seçkilərinə ötən həftənin şənbə günündən rəsmi start verilib.

Azərbaycan Prezidenti Milli Məclisə seçkilərin noyabrın 7-də keçirilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.


AŞ rəsmisinin sözlərinə görə, Azərbaycanda seçkiqabağı mühiti müşahidə etmək üçün oktyabrın ortalarında qurumun beş nəfərdən ibarət seçki missiyası Azərbaycana gələcək.

"Bu missiya, təxminən, 3 gün ölkədə qalacaq. Hökumət və siyasi partiyalarla danışıqlar aparılacaq", - Kotek əlavə edib.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası 30 nəfər üzvdən ibarət olacaq.

Onlar Azərbaycana seçki günündən bir neçə gün əvvəl ölkəyə gələcək.

Xəbər lenti

Xəbər lenti