...

Piter Semnebi Azərbaycanın müxalif partiya sədrləri ilə seçkiqabağı vəziyyəti müzakirə edib

Siyasət Materials 7 Sentyabr 2010 18:17 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanın müxalif partiya sədrləri ilə görüşüb.
Piter Semnebi Azərbaycanın müxalif partiya sədrləri ilə seçkiqabağı vəziyyəti müzakirə edib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir T.Hacıyev/

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanın müxalif partiya sədrləri ilə görüşüb. Trend-in Vətəndaş və İnkişaf Partiyasının (VİP) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı Piter Semnebinin VİP sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan ilə keçirilən görüşü zamanı əsas diqqət Azərbaycanda bu il noyabrın 7-nə təyin olunmuş parlament seçkilərinə yönəldilib.

Semnebi təmsil etdiyi qurumun Azərbaycanda mövcud olan seçkiqabağı şəraitlə bağlı mövqeyi barədə partiya sədrlərinə məlumat verib. Avropalı diplomat eyni zamanda Aİ-nin parlament seçkilərinə dair nəzərdə tutduğu addımlarla əlaqədar məsələlərə də aydınlıq gətirib. Semnebi Bakıya son səfəri çərçivəsində keçirdiyi görüşlər haqqında təəssüratlarını da bölüşüb.

Xəbər lenti

Xəbər lenti