Gürcüstan, Tbilisi, 8 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan parlamentinin spikeri David Bakradze bu gün ölkə Konstitusiyasının yeni redaksiyasının müzakirəsi məqsədilə "Bizim Gürcüstan - azad demokratlar" partiyasının lideri İrakli Alasaniya ilə görüşəcək.
Parlamentdən Trend-ə verilən məlumata görə, görüş 16:00-da (Tbilisi vaxtı ilə) dövlət konstitusiya komissiyasının ofisində keçiriləcək.
Bakradze Konstitusiyaya dəyişikliklərlə bağlı qeyri-parlament müxalifətinin nümayəndələri ilə keçiriləcək görüş barədə büronun dünənki iclasında açıqlayıb. Lakin o, layihəni hansı partiyalarla müzakirə edəcəyini bildirməyib.
Alasaniyanın partiyasından bildiriblər ki, görüş Gürcüstan hökumətinin təşəbbüsü ilə keçiriləcək.