...

Macarıstanın Baş naziri Azərbaycana gəlib

Siyasət Materials 14 Sentyabr 2010 06:58 (UTC +04:00)
Macarıstanın Baş naziri Viktor Orban Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün sentyabrın 14-də Azərbaycana işgüzar səfərə gəlmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Macarıstanın Baş naziri Azərbaycana gəlib

Macarıstanın Baş naziri Viktor Orban Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün sentyabrın 14-də Azərbaycana işgüzar səfərə gəlmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstan hökumətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hava limanında Baş nazir Viktor Orbanı Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılamışlar.

Xəbər lenti

Xəbər lenti