...

ABŞ Dövlət Departamenti Türkmənistanda ziyarətgahın bərpasına maliyyə yardımı göstərib

Siyasət Materials 14 Sentyabr 2010 18:31 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Türkmənistanda ziyarətçilər üçün müqəddəs sayılan ən qədim məscid - "Şir-Kəbir"in (Məşəd Ata) bərpası və mühafizəsi üzrə layihəyə maliyyə yardımı göstərib.
ABŞ Dövlət Departamenti Türkmənistanda ziyarətgahın bərpasına maliyyə yardımı göstərib

Türkmənistan, Aşqabad, 14 sentyabr /Trend, müxbir H.Həsənov/

ABŞ Dövlət Departamenti Türkmənistanda ziyarətçilər üçün müqəddəs sayılan ən qədim məscid - "Şir-Kəbir"in (Məşəd Ata) bərpası və mühafizəsi üzrə layihəyə maliyyə yardımı göstərib.

Maliyyələşdirmə ABŞ Dövlət Departamentinin "Mədəniyyət irsinin saxlanması üzrə səfir fondu" proqramı çərçivəsində həyata keçirilib. Bu barədə ABŞ-ın Aşqabaddakı səfirliyinin press-relizində məlumat verilib.

"Bu günlərdə "Dehistan" arxeoloji parkında yerləşən bu yeni bərpa olunmuş IX əsrə aid məscidin açılışı olub. "Şir-Kəbir" məscidi Türkmənistanda ən qədim məsciddir", - məlumatda deyilir.

Türkmənistanın tarixi və mədəni abidələrin mühafizəsi, öyrənilməsi və bərpası idarəsinin əməkdaşları bu abidənin qorunub saxlanmasında texniki cəhətdən çox əmək sərf ediblər.

ABŞ-ın müvəqqəti işlər üzrə müvəkkili Lin Treysi layihənin başa çatması münasibətilə öz təbriklərini çatdırıb.

Tənətənəli mərasimdə YUNESKO milli komissiyasının nümayəndələri iştirak ediblər.

Son səkkiz il ərzində ABŞ Türkmənistanda tarixi əhəmiyyətli mədəniyyət abidələri və obyektlərin mühafizəsinə yönəldilmiş on bir layihəni dəstəkləyib. Xüsusi fond 2001-ci ildə ABŞ Konqresi tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti