Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir V.Javoronkova/
Azərbaycan və Qazaxıstanın strateji araşdırma mərkəzləri ikitərəfli əməkdaşlığın müzakirəsi üzrə Ekspert Şurasının yaradılması haqqında razılığa gəliblər. Bu barədə Qazaxıstanın Strateji Araşdırmalar Mərkəzinin direktoru Bulat Sultanov çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib.
Şura, təxminən, ildə bir dəfə - növbə ilə Almatı və Bakıda toplaşacaq. Sultanov bildirib ki, şuranın nümayəndələri terrorizmlə mübarizə, narkotrafik və digər konkret məsələlər üzrə iki ölkənin hökumətləri üçün təkliflər işləyib-hazırlayacaq.
Azərbaycan-qazax ekspertlərinin ilk görüşü iki il əvvəl Almatıda, sonra isə Qazaxıstan SAM-ın direktorunun Bakıya hazırkı səfəri zamanı baş turub. Qazaxıstan tərəfinin təklifi ilə üçüncü görüş gələn ilin yazında və ya payızında Almatıda keçiriləcək. Ekspert Şurası üç tematik qrupa bölünəcək. Onların hər biri hərbi-texniki, iqtisadi, ekoloji və humanitar məsələlərin müzakirəsi ilə məşğul olacaq.
Sultanovun sözlərinə görə, "Qazaxıstan SAM-ın devizi - qabaqcadan görmək və əvvəlcədən xəbərdar etmək və bununla da hökumətə kömək göstərməkdir". O qeyd edib ki, birgə Ekspert Şurası da bu prinsiplə işləyə bilər.
Bulat Sultanov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Bakıda səfərdədir.